Səudiyyə Ərəbistanı Qran-prisinə 15-cı sırada başlayan Maks Ferstappen yarışı yalnız 2-ci yerdə başa vura bildi. Sport24.az xəbər verir ki, o, yalnız komanda yoldaşı Serxio Peresi geridə qoya bilmədi.

Hazırkı dünya çempionunun atası Yos Ferstappen oğlununun çıxışına münasibət bildirib. Məşhur ralli ustası Maksın yarışın qalibi ola bilməməsini təsnifat mərhələsi ilə əlaqələndirib: “Əlbəttə, qalib gəlmək istəyirdik. Amma bu dəfə bunu reallaşdırmaq mümkünsüz oldu. Arasdakı sürət fərqi az olsa da, Peres belə şansları əldən qaçıran deyildi. Bu dəfə təsnifat mərhələsində bəxtimiz gətirmədi. Çox da dərinliyə getməyək. Nə baş verdiyini yaxşı bilirik. Əks halda, Maks poulu ələ keçirəcəkdi. Onda yarış istədiyimiz kimi gedəcəkdi”.