Yeni mövsümə hazırlıq məqsədilə Bəhreyndə keçirilən test yürüşlərində “Ferrari” bolidləri elə də diqqət çəkmədi. Sport24.az xəbər verir ki, İtaliya komandasının rəhbəri Frederik Vasser bunu problemə çevirməyin əleyhinədi.

O, indiki məqamda bolidin etibarlılığı məsələsinin komanda üçün daha önəmli olduğunu söyləyib: “Gərgin iş rejimi ilə keçən 3 günü geridə qoyduq. Bolidlərimizdə bəzi elementlərimizi sınaqdan keçirdik. Biz test yürüşlərində sürətə elə də önəm vermədik. Əsas məqsəd daha çox məsafə qət etmək idi. Biz bunu etdik. Hələ yarış maşıını ilə tanış olmağa davam edirik. Ona görə də indidən konkret nədənsə danışmaq tezdi”.