"Milan", "İnter", "Yuventus", "Barselona" və PSJ-nin keçmiş hücumçusu Zlatan İbrahimoviç futbolu dəyişən dörd baş məşqçinin adını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "Goal"a açıqlama verib:
"Karyeramda Kapello, Mourinyo, Qvardiola və Ançelotti olub. Bu dörd baş məşqçi müasir futboldur, onu dəyişdirdilər. Ümid edirəm ki, Braziliya millisi dostum Ançelottinin dönəmində ən yaxşılardan olacaq. Mən onlara azarkeşlik edirəm. Onun toxunduğu hər şey qızıla çevrilir. Görək o, Braziliya ilə də eyni şeyi edə biləcəkmi?".
O, həmçinin əlavə edib ki, Klopp və Ferqyussonun da dövrünün ən yaxşı məşqçiləri arasında olub.