Rusiyanın "Zenit" klubu maraqlı addımı ilə gündəmə gəlib. Sport24.az xəbər verir ki, son illərin dəyişməz çempionu, hazırda da Premyer Liqanlın lideri olan Sankt-Peterburq təmsilçisinin futbolçuları heyvanların sahiblənməsini təşviq etmək üçün "Rostov"la oyunda meydana qucaqlarında sığınacaqdan götürdükləri itlərlə çıxıb.

Klubun bu addımı azarkeşlər tərəfindən xoş qarşılanıb.

Qeyd edək ki, turun açılış matçı olan "Zenit" - "Rostov" qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.