"Juventus"un forvardı Duşan Vlahoviç yay "transfer pəncərəsi"ndə komandadan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 25 yaşlı serb rəhbərliyin növbəti mövsüm üçün planlarında yer almayıb. Onun Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

 

Qeyd edək ki, Vlahoviç bu mövsüm 40 oyunda meydana çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.