"Yuventus" Madrid "Atletiko"sunun hücumçusu Aleksandr Sörlotla danışıqlara başlayıb. Tərəflər 30 yaşlı norveçlinin şəxsi müqaviləsini müzakirə edirlər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.
Hücumçu "Milan" və "Barselona"nın da maraq dairəsindədir. Kataloniya təmsilçisi norveçlini Robert Levandovskinin mümkün əvəzedicisi kimi nəzərdən keçirir.
"Atletiko" Sörlotu 2024-cü ilin yayında "Vilyarreal"dan 32 milyon avroya alıb. 2025/26 mövsümündə hücumçu bütün turnirlərdə 54 oyun keçirib və 20 qol vurub. Onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyununda başa çatır.
Qeyd edək ki, "Yuventus" qarşıdan gələn "transfer pəncərəsi"ndə hücumda əhəmiyyətli dəyişikliklər etməyi düşünür. Duşan Vlahoviç komandadan azad agent kimi ayrılacaq. Turin klubu digər hücumçular - Conatan Devid, Lois Openda və Eden Jeqrovanı satışa çıxarıb.