"Yuventus" futbolçusu Kenan Yıldızla bağlı qərarını verib. Sport24.az xəbər verir ki, Turin təmsilçisi türkiyəli yarımmüdafiəçini satmayacaq.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Qoca sinyora" fantastik məbləğ gəlməyəcəyi halda, Kenanı komandada saxlayacaq.
İngiltərənin "Mançester Yunayted" klubu 19 yaşlı futbolçu ilə maraqlanır. Yıldız bu mövsüm 21 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.