İtaliyanın “Yuventus” klubu A Seriyasındakı antirekordunu təkrarlayıb. Sport24.az xəbər verir ki, Turin təmsilçisi A Seriyasının 4-cü turunda "Milan"la 1:1 hesablı heç-heçə edib.

Massimiliano Alleqrinin çalışdırdığı kollektiv mövsümün ilk 4 oyununda qələbə qazana bilməyib. "Qoca sinyora" 1942/1943, 1955/1956 və 1961/1962 mövsümündə də oxşar uğursuzluqla üzləşib.

Qeyd edək ki, "Yuventus" hazırda 4 oyunla 2 xalla 18-ci pillədə qərarlaşıb.