Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə məlumat Əlcəzair Futbol Federasiyasının rəsmi saytında yer alıb.

 

Benzia ölkə yığmasının noyabrın 14-də səfərdə Ekvatorial Qvineya və 3 gün sonra öz meydanında Liberiya ilə keçiriləcək oyunlarda forma geyinmək şansı qazanıb.

 

Qeyd edək ki, əlcəzairlilər 4 oyundan sonra maksimum nəticə ilə yer aldıqları qrupda lider mövqeyində yer alıblar.