Mançester Siti"nin özbəkistanlı müdafiəçisi Abdukodir Xusanov İngiltərə klubunda daha çox kiminlə yaxın olduğunu deyib. Sport24.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib:

 

"Mançester Siti"dəki ən yaxşı dostum? Vitor Reis".

 

Qeyd edək ki, özbək müdafiəçisi cari mövsümdə "şəhərlilər"in heyətində bütün turnirlərdə yeddi oyunda iştirak edib və bir qol vurub. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.