"Barselona" rəhbərliyi hazırkı baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılmağa israr edərsə, klub rəsmiləri yeni namizəd barədə qərar verib. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik onun yerinə hazırda "Barselona"nın əvəzedici komandasını çalışdıran Rafael Markezi əsas namizəd hesab edir.

 

Əvəllər "Barsa"nın adı bir sıra mütəxəssislərlə əlaqələndirilirdi. Tomas Tuxel, Yurgen Klopp, Roberto de Zerbi, Hans-Diter Flik və bir çox başqalarının təyinatı ilə bağlı söz-söhbətlər dolaşırdı. Bununla belə, namizədlər siyahısında birinci olan Markezdir.