Almaniyanın “Volfsburq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Niko Kovaç təyin edilib.

50 yaşlı xorvatiyalı ilə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Florian Koxfeldti əvəzləyib.

2021/22 mövsümünün sonunda “Volfsburq” 42 xal toplayaraq Bundesliqanı 12-ci pillədə başa vurub.