“Yuventus”un yeni transferi Duşan Vlahoviçin forma nömrəsi məlum olub. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı hücumçu Turin təmsilçisində 7 nömrəli formanı geyinəcək.

“Yuventus”da Vlahoviçdən əvvəl “7 nömrə” komandanın keçmiş hücumçusu Kriştiano Ronaldo idi.

“Yuventus” 21 yaşlı futbolçunu 75 milyon avro qarşılığında “Fiorentina”dan transfer edib.