Futbol üzrə Polşa çempionatında 2021/22 mövsümünə yekun vurulub.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Stal”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Plotsk “Visla”sı 34 oyuna topladığı 48 xalla mövsümü 18 kollektiv arasında 6-cı pillədə başa vurub. Anton Krivotsyuk isə geridə qalan mövsümdə 16 oyuna çıxıb, 2 qola imza atıb.