UEFA Millətlər Liqasında Azərbaycan millisinin qrupda rəqibi olan Slovakiya yığmasının kapitanı Marek Hamşik milli karyerasını başa vurub. Sport24.az xəbər verir ki, "Trabzonspor"un 34 yaşlı yarımmüdafiəçsii özü bunu açıqlayaraq. bundan sonra yığmada oynamayacağını söyləyib.

Ulduz futbolçu qərar verməyin onun üçün asan olmadığını vuğrulayıb: "Uzun müddət düşündükdən sonra 15 illik milli karyeramı bitirməyin doğru olduğu qənaətinə gəldim. Yığmanı 50-dən çox oyuna kapitan kimi çıxardım, dünya və Avropa çempionatına qatıldım. Bu illər ərzində birgə çalışdığım məşqçilərə və komanda yoldaşlarıma minnətradlığımı bildirirəm”.

Qeyd edək ki, Hamşik millidə 129 oyun keçirib.