İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi İvan Rakitiç UEFA Uşaq Fondunun ilk rəsmi səfiri seçilib. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xorvatiya yığmasının sabiq üzvü fondun tədbirlərində iştirak edəcək, qurumun uşaqların həyatını yaxşılaşdırmaq üçün gördüyü işləri təbliğ edəcək.