UEFA PSJ-nin müdafiəçisi Lukas Ernandesə ağır cəza verib. Sport24.az xəbər verir ki, ali futbol qurumu fransalı futbolçunu 3 oyunluq diskvalifikasiya edib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Ernandesin cəzalandılmasının səbəbi Liqa mərhələsinin 5-ci turunun "Tottenhem"lə matçında aldığı qırmızı vərəqədir. 28 yaşlı sol cinah müdafiəçisi Liqa mərhələsinin son oyunlarında komandasına kömmək edə bilməyəcək. Parislilər "Atletik", "Sportinq" və "Nyukasl"la qarşılaşacaq.
Qeyd edək ki, Lukas Ernandes bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.