UEFA ABŞ prezidenti Donald Trampın Fars körfəzi ölkələrinə turnesində iştirak edən FİFA prezidenti Canni İnfantinonu tənqid edib. Sport24.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

 

Səfərlə əlaqədar İnfantino mayın 15-də Asunsionda baş tutan FİFA Konqresinin açılışına gecikib. Bundan başqa, FİFA prezidenti təşkilatın bir sıra tədbirlərini buraxıb. O, buna görə konqres iştirakçılarından üzr istəyib.

 

Qeyd edək ki, FİFA prezidenti Trampla yanaşı Qətər və Səudiyyə Ərəbistanına səfər edib. Onun sözlərinə görə, səfər zamanı 2026-cı ildə turnir ABŞ-da, 2034-cü ildə isə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatını müzakirə edib.