Fevralın 3-dən 5-dək Yunanıstanda elit qrupa daxil olan hakimlər üçün təlim-məşq toplanışı təşkil olunacaq. Sport24.az xəbər verir ki, hazırlıq prosesinə "köhnə qitə"nin müxtəlif ölkələrindən 26 ədalət təmsilçisi dəvət olunub.
Onlarla yanaşı 1-ci qrupa daxil olan bəzi referilər və 14 videohakim də toplanışda iştirak edəcək.
Qeyd edək ki, bizim hakimlər təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.