UEFA Avropa çempionatı üçün dəyişiklik edib. Sport24.az xəbər verir ki, qurum milli komandaların sifariş ərizəsində oyunçuların sayını artırıb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Artıq turnirdə iştirak edən komandalar heyətə 26 futbolçu daxil edə biləcək. Qərar Avro-2024-də tətbiq olunacaq. Əvvəl bu rəqəm 23 idi.

 

Qeyd edək ki, bu il Almaniyada təşkil olunacaq qitə çempionatı üçün komandalar iyunun 7-dən 23-26 arası futbolçunun adını UEFA-ya təqdim etməlidir.