UEFA Avropa Super Liqasında iştirak etmək istəyən 12 klubdan 9-u - “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi”, “Tottenhem” (hamısı İngiltərə), “Atletiko” (İspaniya), “Milan” və “İnter” (hər ikisi İtaliya) ilə bağlı qərarını açıqlayıb. Sport24.az xəbər verir ki, qitə futbol qurumu sözügedən komandalara qarşı heç bir sanksiya tətbiq etməyəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Həmin klubların səhvlərini başa düşməsi və futbol ictimaiyyətindən üzr istəməsi yüksək qiymətləndirilib. Bu üzdən də onlar sərt cəzalardan qurtulublar. Amma bu klubların qarşısına müəyyən tələblər qoyulub. Belə ki, onlar Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.

Qeyd edək ki, 12 klub tərəfindən yaradılmış Avropa Super Liqasında hazırda yalnız “Barselona”, “Real” (hər ikisi İspaniya) və “Yuventus” (İtaliya) qalıb. Onlarla bağlı hansı qərar veriləcəyi isə bilinmir.