“Çelsi”nin baş məşqçisi Tomas Tuxel bu yay komandadan ayrılacağı dəqiqləşən iki futbolçunun adını açıqlayıb.

Sport24.az xəbər verir ki, o, müdafiəçi Andreas Kristensenin və Antonio Rüdigerin mövsümün sonunda klubu tərk edəcəyini təsdiqləyib: “Bu mövsümdən sonra Rüdigerlə Kristenseni itirəcəyik”.

Kristensen 2012-ci ilin iyulunda “Çelsi”yə keçib. O, bu mövsüm londonluların heyətində 34 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

26 yaşlı futbolçunun azad agent kimi “Barselona”ya keçməyə yaxın olduğu bildirilir. Onun “Çelsi” ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir.

Rüdiger isə 2017-ci ildən “Çelsi”dədir. Almaniya yığmasının üzvü bu mövsüm meydana çıxdığı 52 oyunda 5 qola imza atıb.