Türkiyə millisinin hücumçusu Cenk Tosun İngiltərənin “Everton” klubu ilə vidalaşıb.

Sport24.az xəbər verir ki, o, 4.5 mövsümlük “Everton” karyerasını başa vurduğunu sosial şəbəkə hesabında paylaşıb. O, müqaviləsinin müddəti bitdiyi üçün azad agent statusu alıb.

Xatırladaq ki, Cenk Tosun 2018-ci ilin yanvarında “Beşiktaş”a rekord transfer məbləği – 28 milyon avro qazandıraraq İngiltərə klubuna keçmişdi. O, Premyer Liqa klubunda cəmi 61 matça çıxıb, 11 qol vurub. 30 yaşlı hücumçu 2019/20 mövsümünün qış fasiləsində “Kristal Pelas”a, ötən mövsümün qış fasiləsində isə “Beşiktaş”a icarəyə verilmişdi.