Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.

Sport24.az xəbər verir ki, Dortmund təmsilçisi “Köln”dən Salih Özcanı transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Salih Özcan 2020-ci ilin yayından “Köln”də çıxış edirdi. O, Türkiyə millisinin də üzvüdür.

Özcan “Köln”ün heyətində meydana çıxdığı 32 oyunda 2 qol vurub və 1 qol ötürməsi edib.