Futbol üzrə Qazaxıstan çempionatında 15-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv səfərdə Aktau “Kaspi”si ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Turan” 15 turdan sonra 15 xalla 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.