Təbrizin "Traktor" klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub. Sport24.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Rusiyanın "Soçi" klubunun baş məşqçi postuna keçib.

Məlumatı klubun prezidenti Boris Rotenberq təsdiqləyib. O, təcrübəli rusiyalı baş məşqçi ilə 2,5 illik müqavilə imzalanacağını bildirib. Yeni baş məşqçi artıq komanda üzvlərinə təqdim olunub.

Qeyd edək ki, milliyyətcə türkmən olan Berdiyev cari ilin iyununda Təbriz təmsilçisinin baş məşqçisi təyin olunmuşdu. O, 2001-13 və 2017-19-cu illərdə Rusiyanın "Rubin", 2014-17-ci illərdə "Rostov" klubunu çalışdırıb.