"Trabzonspor"da koronavirusa yoluxanların sayı 10-a çatıb. Sport24.az xəbər verir ki, Qara dəniz təmsilçisinin daha bir əməkdaşında testin nəticəsi müsbət çıxıb.

Beləlikdə, Trabzon klubunda 7 futbolçu və 3 işçi koronavirusa yoluxub.

Qeyd edək ki, "Trabzonspor" bu gün Türkiyə Super Liqasının XXV turunda Bakı vaxtı ilə saat 20:00-da "Başakşehir"in qonağı olacaq.