"Trabzonspor" legioneri ilə vidalaşıb. Sport24.az xəbər verir ki, Superliqa təmsilçisi Enis Bardi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Şimali makedoniyalı futbolçu ilə mövsümün sonunda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Türkiyədə "Başakşehir" və "Eyüpspor", İspaniya La Liqasında isə bir neçə klubun onun xidmətində maraqlı olduğu bildirilir. 

 

Qeyd edək ki, "Trabzonspor" Enis Bardini 2022-ci ilin yayında "Levante"dən transfer etmişdi. Şimali Makedoniya millisinin üzvü olan 29 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm Qara Dəniz təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.