Türkiyənin "Trabzonspor" klubunun heeyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Pol Onuaçu sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Nigeriyalı forvard "Araz-Naxçıvan"la keçirilən yoxlama matçında (2:3) sol ayağından zədələnib. 31 yaşlı oyunçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Türkiyə Super Liqasında mövsüm 8 avqust tarixində başlayacaq. Təcrübəli forvard ilk iki turda komandasına kömək edə bilməyəcək..

 

Qeyd edək ki, "Trabzonspor" Pol Onuaçunu 1 iyul tarixində "Sauthempton"dan 5,6 milyon avroya transfer edib. Təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.