İngiltərənin “Tottenhem” klubu futbolçusu Son Hın Minlə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, 29 yaşlı vingerlə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son 2015-ci ilin avqustundan “Tottenhem”də çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 280 matçda 107 qol vurub.