"Bavariya"nın forvardı Tomas Müller futbolçu karyerasını başa vuracaq. Sport24.az "Kicker"ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bununla bağlı artıq qəti qərar qəbul edib.

 

Müller 2025-ci ilin yayında karyerasını yekunlaşdıracaq.

 

Onun "Bavariya" ilə müqaviləsi məhz qarşıdakı mövsümün sonunda başa çatacaq. Münhen klubunun rəhbərliyi ona "Bavariya"da iş təklif edəcək.

 

Qeyd edək ki, forvard 2009-cu ildən Almaniya nəhənginin formasını geyinir.