"Fluminense" son vaxtlar çətin günlərini yaşayır. Braziliyalı müdafiəçi Tiaqo Silva komandasının düşdüyü "qara zolaq"la bağlı açıqlama verib. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, Silva təcili olaraq vəziyyətin dəyişməli olduğunu bildirib:

 

"Biz ötən mövsüm ölkə çempionu olmuş klubdan danışırıq. Hazırda çox ciddi problemlə başbaşayıq. Səhər saat 11-də oynaya bilmərik! Təcili vəziyyəti dəyişməliyik. Bu, sadəcə olaraq qeyri-insanidir. Səhər 9-da məşq edirik ki, özümüzü istidən qoruyaq, ondan sonra saat 11-də oynamağın nə mənası var?"

 

Qeyd edək ki, "Fluminense" 6 turda meydanı başıaşağı tərk edib. ardıcıl