Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura yeni klubunu açıqlayıb. Sport24.az xəbər verir ki, 57 yaşlı hücumçu icarə əsasında formasını geyindiyi "Atletiko Suzuka"da qalacaq. Bu barədə forvard özü məlumat verib.
Müqavilə ilə "Yokohama" klubuna məxsus olan Miura 2025-ci ilin yanvar ayında yenidən "Atletiko Suzuka"ya qayıdacaq.
Qeyd edək ki, Miura cari mövsümdə 11 rəsmi matçda meydana çıxıb.