Kiyev "Dinamo"sunun hücumçusu Andrey Yarmolenko karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az "Fanatik"ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Türkiyə Superliqasının üç klubundan təklif alıb.

 

"Bodrumspor", "Antalyaspor" və "Rizespor" ukraynalı üçün hərəkətə keçib. Yarmolenkonun isə bu təkliflərə hansı cavabı verəcəyi dəqiq deyil.

 

Ukrayna millisinin də üzvü olan futbolçunun "Dinamo" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

 

Qeyd edək ki. o, karyerası ərzində "Desna", "Borussiya"(Dortmund), "Vest Hem", "Əl-Əyn" klublarında oynayıb. Qeyd edək ki, Avropa Liqasının 7-ci turunun "Qalatasaray" – "Dinamo"(3:3) görüşündə təcrübəli futbolçu dublla yadda qalıb.