Futbol üzrə Yunanıstan Super Liqasının qalibi bəlli olub.

Sport24.az xəbər verir ki, 29-cu turda “Olimpiakos” “Panatinaikos”u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xalını 76-ya yüksəldən "Olimpiakos" mövsümün bitməsinə 7 tur qalmış 46-cı çempionluğunu təmin edib.

İkinci sıradakı "Aris"in 54 xalı var. İlk "3-lüy"ü 51 xalla PAOK qapayır.