Futbol üzrə Türkiyə Super Liqasında 2021/22 mövsümünə yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Hatayspor” doğma meydanda “Girəsunspor”u, “Adana Dəmirspor” isə “Göztəpə”ni böyük hesabla məğlub edib. “Fatih Karagümruk”ün qonağı olan “Alanyaspor” son matçda minimal hesabla üstün olub.

Çempionluğu daha öncə təmin edən “Trabzonspor” isə son turda səfərdə “Başakşəhər”lə qarşılaşıb və məğlubiyyətə üzülüb.

Beləliklə, mövsümün yekunlarına görə, çempion “Trabzonspor” və ikinci pilləni tutan “Fənərbaxça” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Müvafiq olaraq 3 və 4-cü pillələrdə qərarlaşan “Konyaspor”la “Başakşəhər” isə Türkiyəni Avropa Konfrans Liqasında təmsil edəcək.

Uğursuz mövsüm keçirən “Beşiktaş” 59 xalla 6-cı, “Qalatasaray” isə 52 xalla 13-cü olub.

Son dörd pillədə qərarlaşan “Rizəspor” (36 xal), “Altay” (34), “Göztəpə” (28) və “Yeni Malatyaspor” (20) Super Liqa ilə vidalaşıb.

Türkiyə Super Liqası
38-ci tur

20 may

Antalyaspor – Qalatasaray 1:1
Qol: Ndao, 45 – M.Məhəmməd, 77.

Qaziantep – Rizəspor 2:0
Qol: Stankovski, 41. Maksim, 58.

21 may

Altay – Kasımpaşa 2:4
Qol: İ.Öztürk, 45+1. Kappel, 81-pen – Eysserik, 35; 50. U.Bozok, 42; 63.

Sivasspor – Kayserispor 2:1
Qol: J.Feliks, 21. K.Kesgin, 63 – M.Kardozo, 56.

Beşiktaş – Konyaspor 1:1
Qol: K.Karaman, 90+1 – Rahmanoviç, 42.

Yeni Malatyaspor – Fənərbaxça 0:5
Qol: S.Dursun, 32. S.Aziz, 57. İ.Kahveci, 75. Valensiya, 77; 89.

22 may

Başakşəhər – Trabzonspor 3:1
Qol: Okaka, 11. Epureanu, 31. S.Gürler, 42 – Nvakaeme, 59.

Fatih Karagümruk – Alanyaspor 0:1
Qol: E.Karaca, 37.

Hatayspor – Girəsunspor 4:1
Qol: El Kaabi, 44; 81. B.Özgür, 55. Kahraba, 66 – Bilazer, 24.

Adana Dəmirspor – Göztəpə 7:0
Qol: A.Cankaya, 25-öz qapısına. Balotelli, 33; 36; 44; 62; 70. E.Öztümər, 45.