Futbol üzrə Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb.

Sport24.az xəbər verir ki, “Qaziantep”in hücumçusu Məhəmməd Dəmir Super Liqa tarixinin ən erkən qoluna imza atıb.

29 yaşlı forvard bunu 5-ci tur çərçivəsində baş tutan “Başakşəhər”lə ev oyununda rəsmiləşdirib. O, bu görüşün 9-cu saniyəsində rəqib qapısına yol tapıb.

Əvvəlki rekord “Dənizlispor”un trinidad və tobaqolu sabiq hücumçusu Derril Robertsə məxsus idi. O, 2008-ci ildə “Əskişəhəspor”la matçın (3:4) 12-ci saniyəsində fərqlənmişdi.

“Qaziantep” “Başakşəhər”lə oyunda məhz bu tarixi qol sayəsində 1:0 hesablı qələbəyə sevinib.