Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisinin yeni transferlərindən biri ABŞ-dan olan Haci Raytdır.

23 yaşlı forvard Danimarkanın “Sonderyuske” klubundan satınalma şərti ilə bir illik icarəyə götürülüb. ABŞ-ın U-23 yığmasının da üzvü olan futbolçu, əvvəllər “Nyu York Kosmos”, “Şalke”, “Sandhauzen” və “Venlo” komandalarının da formasını geyinib.

Türkiyə klubunun digər transferi Andrea Polidir. İtaliya yığmasının sabiq üzvü Super Liqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. 31 yaşlı yarımmüdafiəçinin son iş yeri “Bolonya” olub. O, 2017-ci ildən bu klubun uğurları üçün çalışırdı. İtalyan futbolçu peşəkar karyerasına “Treviso”da başlayıb. Sonralar isə o, “Sampdoriya”, “Sassuolo”, “İnter”, “Milan” kimi klubların da formasını geyinib.

“Antalyaspor” öz futbolçularından Fyodr Kudryaşovla da yeni müqavilə bağlayıb. Son ilyarımı məhz Antalya təmsilçisində keçirmiş 34 yaşlı sol cinah müdafiəçisi ilə 1+1 illik sözləşmə imzalanıb. Rusiyalı futbolçu Türkiyədə əvvəllər “Başakşəhər”in də formasını geyinib. O, karyerası ərzində “Soçi”, “Rubin”, “Rostov”, “Terek”, “Krasnodar”, “Spartak” (Moskva) kimi klubların da uğurları üçün çalışıb.