Rusiyanın “Spartak” (Moskva) klubu sabiq hücumçusu Kvinsi Promes ilə güclənib.

Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu 2019-cu ildən formasını geyindiyi Niderlandın “Ayaks” klubundan ayrılıb və Rusiya təmsilçisi ilə müqavilə bağlamaq üçün Moskvaya yollanıb. Niderlandlı forvardın köhnə-yeni klubu ilə 3.5 illik müqavilə imzalayacağı bildirilir. Lakin “Spartak” hələ bu transferin detallarını açıqlamayıb.

“Spartak”ın bu keçid üçün qarşı tərəfə 8,5 milyon avro ödəyəcəyi iddia olunur. Məbləğ bonuslarla birlikdə 11 milyon avroya çata bilər.

Qeyd edək ki, Kvinsi Promes 2014-2018-ci illər aralığında məhz “Spartak”da forma geyinib. O, bu komandada 115 oyun keçirib, 59 qol vurub. Promes “Spartak”dan ayrılandan sonra bir mövsüm “Sevilya”da da çıxış edib.