“Cenoa”dan istefaya göndərilən Andrey Şevçenkonun yeni komandası müəyyənləşir. Sport24.az xəbər verir ki, 46 aşlı ukraynalı mütəxəssis Polşa millisinə rəhbərlik etməyə razılıq verib.

Belə ki, Şevçenko Polşa Futbol Assosiasiyası ilə müqavilənin bütün şərtlərini artıq razılaşdırıb. Anlaşmaya əsasən, onun llik maaşı 2,5 milyon avro olacaq. Vəsaitin bir hissəsini assosiasiya, qalan hissəsini isə sponsorlar ödəyəcək.

Şevçenko noyabrdan yanvarın ortalarına kimi çalışdırdığı İtaliyanın “Cenoa” klubu ilə müqaviləyə xitam verilməsi ilə bağlı bəzi nüansları aradan qaldırdıqdan sonra Polşa millisinin "sükanı arxası"na keçəcək. Bu yığma DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Rusiya ilə qarşılaşacaq..Görüş martın 24-də Moskvada baş tutacaq.

Xatırladaq ki. Şevçenko daha əvvəl Avropa çempionatının 1/4 final mərhələsinə qədər daşıdığı Ukrayna yığmasını çalışdırıb.