PSJ Fransa Liqa 1-in 17-ci turunda “Lans”la qarşılaşacaq. Sport24.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Serxio Ramos sözügedən oyunda iştirak etməyəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ramos əzələsində olan problemə görə komandadan ayrı məşq edir və “Lans”la matçı da buraxacaq.

Bu gün keçiriləcək “Lans” – PSJ matçına saat 00:00-da start veriləcək.