"Arsenal"ın sabiq futbolçusu Pol Merson "Liverpul"un hücumçusu Məhəmməd Salahla bağlı danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis "qırmızılar"ın misirli hücumçu ilə müqavilə imzalamamalı olduğunu deyib:

 

"Salaha yeni müqavilə təklif etməzdim. Məyusam, amma reallıq budur. Onun sözləşməsi gələn yay başa çatır və 33 yaşında olacaq. Artıq "Liverpul" dönəmi bitməlidir. Yaxşı mövsümlər keçirdi, amma artıq müsbətə doğru getməyəcək. Müasir futbol gənclər üçündür".

 

Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. O "qırmızılar"da 368 oyunda 223 qol vurub, 99 məhsuldar ötürmə edib.