Almaniyanın “Bayern” klubunun yeni hücumçusu Sadio Mane Münhen təmsilçisində forma nömrəsi ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, 30 yaşlı futbolçu 17 nömrəli forma ilə çıxış edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Bayern”də son olaraq bu nömrəli formanı Jerom Boatenq geyinib.

Xatırladaq ki, “Bayern” Maneni bir neçə gün öncə “Liverpul”dan transfer edib.