Futbol üzrə Ukrayna kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin komandası “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Alyans”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 2:3 hesabıyla məğlub olub və kubokda mübarizəni dayandırıb. 12 dəqiqəyə 2 qol vuran “Minay” qalan dəqiqələrdə bu üstünlüyünü əldən verib.

Rüstəm bu görüşün iştirakçısı olmayıb. Bunun səbəbi onun xeyli müddətdir zədədən əziyyət çəkməsidir. Əvəzində “Minay”ın digər azərbaycanlı futbolçusu Eldar Quliyev bu görüşün 61-ci dəqiqəsindən etibarən meydanda olub və sonadək oynayıb.