Rusiya Kubokunda qalibi müəyyənləşib. Sport24.az xəbər ki, final matçında "Lokomotiv" və "Krılya Sovetov" komandaları üz-üzə gəlib.

Nijni Novqoroddakı görüşdə Moskva təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1. "Dəmiryolçular"dan qolları Fransua Kamano 15-ci, Fyodor Smolov penalti ilə 48-ci, və Murilo 84-cü dəqiqədə vurub. Samara klubundan isə Vladislav Sarveli 22-ci dəqiqədə fərqlənib.

"Lokomotiv" tarixində hamıdan çox - 9-cu dəfə Rusiya Kubokunu qazanıb. "Krılya Sovetov" isə 2-ci dəfə finalda çıxış edərək, yenə məğlubiyyət alıb.