İngiltərə Çempionşipində mübarizə aparan “Derbi Kaunti” klubunun 12 xalı silinib.

Sport24.az xəbər verir ki, buna klubun maliyyə feyr-pleyi qaydalarına əməl etməməsi səbəb olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Derbi Kaunti”nin 8 turdan sonra 10 xalı var idi. Komanda hazırda -2 xalla sonuncudur.

“Derbi Kaunti”ni “Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi çalışdırır.