"Yuventus"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo A Seriyasının XXX turunda "Cenoa"ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra formasını yerə atıb. Sport24.az xəbər verir ki, jurnalist Romeo Aqresti portuqaliyalı hücumçunun formanı topdaşıyanın xahişi ilə verdiyini bildirib.

Bununla belə, komandanın baş məşqçisi Andrea Pirlo Ronaldonun öz oyunundan məyus olduğunu söyləyib: "Belə hal digər oyunçularda da olur. Matçdan sonra əsəbi olması normaldır. Klubun Kriştianunu cərimələyəcəyini düşünmürəm".

Xatırladaq ki, 36 yaşlı Ronaldo bu yaxında millinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə 2:2 hesabıyla nəticələnən səfər matçından sora sayılmayan qoluna görə kapitan sarğını yerə atmışdı.