Ulduz futbolçu Kriştiano Ronaldo 1000 məğlubiyyətsiz oyunla dünya futbol tarixinə düşüb. Sport24.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı 38 yaşlı portuqaliyalı hücumçunun bunu dünyada reallaşdıran ilk futbolçu olduğunu açıqlayıb.

Ronaldo milli və klubların heyətində 776 görüşdə qələbə sevinci yaşayıb, 224 dəfə isə heç-heçəyə şahidlik edib. Kriştiano son olaraq 3 gün əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində Asiya Çempionlar Liqasının qrup mərhələsində İran “Persepolis”si üzərində qələbə qazandıqları (2:0) səfər matçında meydanda olub.

Ronaldo karyerası ərzində 1182 rəsmi qarşılaşmada iştirak edib, 182 dəfə komandasının məğlubiyyətinə üzülüb.

Komandası

Oynadığı illər

Qələbə

Heç-heçə

Məğlubiyyətsiz oyun

Cəmi oyun

“Sportinq”

2002-2003

13

8

21

31

“Real”

2009-2018

316

70

386

438

“Yuventus”

2018-2021

91

23

114

134

“Mançester Yunayted”

2003-2022

214

70

284

346

“Əl-Nəsr”

2023-

21

6

27

32

Portuqaliya

2003-

121

47

168

201

Cəmi

 

776

224

1000

1182