"Mançester Yunayted"in futbolçusu Edinson Kavani avrokuboklarda 25 illik rekordu təkrarlayıb. Spport24.az  xəbər verir ki, 34 yaşlı uruqvaylı hücumçu Avroliqanın yarımfinal mərhələsinin "Roma" ilə hər iki görüşündə dubl etməklə buna nail olub.

Daha əvvəl 1985/86 mövsümündə UEFA Kubokunun yarımfinal mərhələlərində "Köln"ün hücumçusu Klaus Allofs  "Real"la oyunlarda dubl edib."Roma"nı mübarizədən kənarlaşdıraraq (6:2, 2:3) finala yüksələn "Mançester Yunayted" mayın 26-da həlledici oyunda "Vİlyarrel"la qarşılaşacaq.

Xatırladaq ki, Kavani 2008/09 mövsümündə Premyer Liqamızın bombardiri olan "Neftçi"nin və "İnter"in hücumçusu Valter Quqlemonun qardaşıdı.