Madrid "Atletiko"su hücumçusu Cakomo Raspadoriyə mümkün transferi ilə bağlı "Roma" ilə razılıq əldə olunduğunu bildirib. Sport24.az insayder Canluka Di Marsioya istinadən xəbər verir ki, forvard dərhal qərar verməyib və düşünmək üçün vaxt istəyib.

 

Mənbənin sözlərinə görə, Raspadori son qərarı verməzdən əvvəl vəziyyəti Madrid klubunun baş məşqçisi Dieqo Simeone ilə şəxsən müzakirə etmək niyyətindədir. 

 

Qeyd edək ki, "Roma" müəyyən şərtlər yerinə yetirilməklə futbolçunu icarəyə götürmək istəyir. "Latsio" və "Qalatasaray" da hücumçu ilə maraqlanır. Yekun qərar "Atletiko"nun "Real Sosyedad"la qarşıdakı oyunundan sonra veriləcək. 

İtalyan hücumçu cari mövsümdə 13 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.